Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ARDNŞ Almaniyada nanotexnologiyalar sahəsində Anlaşma Memorandumu imzalayıb
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Almaniyanın Şimali Reyn Vestfaliya federal vilayətinin İqtisadi İnkişaf Agentliyi (NRW.İNWEST GmbH) və Nano-mikrotexnologiyalar yeni materiallar klasteri (NanoMikro+Werkstoffe.NRW) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin ərazisində “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin elmi-tədqiqat bölməsinin yaradılması, ARDNŞ-ın iştirakı ilə birgə layihələrin maliyyə, texniki və hüquqi əsaslandırılması, nanotexnoloji sistemlərin istehsalı üçün ərazinin müəyyən edilməsi, tədqiqatı və transferi nəzərdə tutulub.
Tərəflər arasında əməkdaşlıq Avropa Birliyi və digər ölkələrə nanotexnoloji sistemlərin satışının təşkili və satış bazarının öyrənilməsi şərtləri əsasında həyata keçiriləcək
09/01/12 Çap et