Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika tələbələri yeni üsulla robot yaradacaqlar


ABŞ-da aprel ayında “FİRST” çempionatı keçiriləcək. Amerika tələbələri çempionatda hazırladıqları robotları təqdim edəcəklər. Robotlar isə öz növbəsində, hər cür yarışlarda iştirak edəcəklər.

Layihənin hazırlanması zamanı şərtlərdən biri “Kinect” hərəkət kontrollerindən istifadə edilməsidir. Məhz onun vasitəsi ilə robotu idarə etmək lazım gələcək.

Robotun yaradılmasına 6 həftə verilib, artıq yarışlara start verilib. Nəticələr barədə 2012-ci ilin aprel ayında məlumat veriləcək. Layihənin əsas sponsoru “NASA”-dır. Agentliyin mütəxəssisləri yarışlarda iştirak edən komandalara dəstək göstərəcək.





09/01/12    Çap et