Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən nazik smartfonu


“Huawei” şirkəti dünyada ən nazik smartfon hazırlayıb. Şirkətin hazırladığı smartfonun qalınlığı 6,68 millimetr təşkil edir. “The Unwired” xəbər verib ki, “Ascend P1 S” modeli 4,3 düymlü 960x540 piksel  kəskinlikli “Super AMOLED” ekranı və “Gorilla Glass” şüşəsi ilə təchiz edilib. Proqram platforması kimi “Android 4.0” əməliyyat sistemi quraşdırılıb.

“Ascend P1 S” smartfonu 1,5 QHz takt tezlikli ikinüvəli “TI OMAP 4460” prosessoruna, “SGX 540” qrafikasına və 2 kameraya malikdir.

Smartfon 1800 mA/saat tutumlu akkumulyatorla, “Bluetooth 3.0” və “Wi-Fi” modulları, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş ilə təchiz edilib. “DLNA” texnologiyası dəstəklənir.
“Ascend P1 S” smartfonunun satışları II rübdə başlanacaq.





10/01/12    Çap et