Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CES 2012”: “Canonical” şirkəti “Ubuntu TV” platformasını təqdim edib (VİDEO)


“CES 2012” sərgisinin başlanmasına az qalmış “Canonical” şirkəti “Ubuntu” əməliyyat sistemi ilə işləyən yeni qurğunu təqdim etməyə söz vermişdi. Bu gün məlum olub ki, yenilik “Ubuntu TV” platformasıdır.

“Canonical” şirkətinin rəhbəri Ceyn Silber qeyd edib ki, “Ubuntu TV” platforması çox sadədir və ondan istifadə etmək üçün hər hansı xüsusi bilik lazım deyil.

“Ubuntu TV” platforması vasitəsi ilə istifadəçi məzmunu idarə edə biləcək: müxtəlif mənbələrdən videoya baxmaq və musiqiyə qulaq asmaq, proqramlar yazmaq və s. mümkün olacaq.

Qrafik örtük kimi dəyişilmiş “Unity” versiyası istifadə olunur. “Ubuntu TV” həm “ARM”, həm də “x86” arxitekturalarında işləyə bilər. Yeni platforma ilə işləyən qurğuların 2012-ci ilin sonunda satışa çıxarılacağı gözlənilir.








10/01/12    Çap et