Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası dahi fizik Stiven Xokinqə kömək edəcək


“İntel” korporasiyası sağalmaz xəstə Britaniya fiziki Stiven Xokinqin danışmağına kömək etməyi planlaşdırır. Son illər ərzində fizik xüsusi qurğudan  istifadə etməyə məcburdur. Həmin qurğu infra-qırmızı tənzimçi vasitəsi ilə fizikin yanağından mikro hərəkətləri oxuyur və onları səsə çevirir.

Ancaq xəstəlik güclənir və əsəb sonluqları tədricən məhv olur, bu isə Stiven Xokinqin "nitq" ritminə təsir edir: hal-hazırda o, bir sözü dəqiqə ərzində "səsləndirə" bilər.

Kembricdə keçirilmiş fizikin 70 illiyinə həsr edilmiş mətbuat konfransında “İntel” korporasiyasının texnologiyalar üzrə direktoru Castin Rattner çıxış edib.

O bildirib ki, şirkət dahi fizikə kömək etmək üçün əlindən gələni edəcək. Rattner qeyd edib ki, yeni metodlardan istifadə etmək lazımdır. Məsələn, beyin dalğalarının deşifrlənməsi və ya gözlərin hərəkətlərinin izlənilməsi.





10/01/12    Çap et