Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti öz brendi altında ilk smartfonunu təqdim edib


“Sony” şirkəti bu gün “Xperia” smartfonunu təqdim edib. Smartfon “Sony” şirkətinin öz brendi altında istehsal etdiyi ilk telefondur. Belə ki “Sony” şirkəti bu yaxınlarda İsveçin “Ericsson” şirkətinin 50%-lik payını alaraq “SonyEricsson” istehsalçısının yeganə sahibi olub.

Təqdim edilmiş “Xperia İon” aparatı ilk əvvəl ABŞ-da satılmağa başlayacaq. Şirkətdən bildiriblər ki, smartfon LTE şəbəkəsində işləyir və o, ABŞ-da “AT&T” operatoru vasitəsi ilə satılacaq.

“Sony” şirkəti bildirib ki, “Xperia İon” aparatı 1,5 QHz takt tezlikli ikinüvəli prosessora, smartfonun ekranı isə 1280x720 piksel kəskinliyə malikdir.

Şirkət belə yüksək kəskinliyə “PenTile” texnologiyası sayəsində müvəffəq olub. Bu texnologiyadan əvvəllər “Sony Bravia” televizorlarının istehsalı zamanı istifadə edilib.

“Sony” şirkətindən qeyd ediblər ki, “PenTile” texnologiyası əsasında olan ekranlar tamamilə fərqli şəkil keyfiyyətinə malikdir. “Xperia İon” smartfonu böyük 4,6 düymlü ekrana malikdir.

Bu, həm də narahatçılıq yaradır. Məsələn, telefonu ovucda saxladıqda. Digər tərəfdən isə internetdə sörfinq və filmlərə baxmaq üçün əlverişlidir. Smartfonun kamerası 12 meqapikseldir.




10/01/12    Çap et