Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçrə bıçağına 1 terabaytlıq daşıyıcı quraşdırıblar


İsveçrənin "Victorinox" şirkəti 1 terabayt tutuma malik SSD daşıyıcısı olan cib bıçağı təqdim edib. Bu bardəd, "The Verge" bloqu xəbər verib.

"Victorinox" şirkətinin yeni məhsulunu həm bıçaq kimi, həm də "fləşka" kimi istifadə etmək olar. Bıçaq kompyuterə "USB 3.0" və "eSATA" interfeysləri vasitəsilə qoşulur. Yazma sürəti 150 Mbit/san, oxuma sürəti isə 220 Mbit/san təşkil edir.

Daşıyıcı xidməti informasiya əks olunan ekrana malikdir.Bıçaq 2012-ci ilin aprel ayında satışa çıxarılacaq. Qiyməti hələ bildirilməyib, lakin ilkin məlumatlara əsasən, 2000-3000 dollar təşkil edəcək.





10/01/12    Çap et