Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ali və orta ixtisas təhsili müəssisələri “Tələbə-məzun”


Prezident İlham Əliyevin 2010-cu il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə uyğun olaraq TQDK tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sistemi yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, sistemə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələri qoşulacaq. Bununla əlaqədar bu il yanvarın 10-da   Bakı şəhərində yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul əməkdaşlarının iştirakı ilə iclas keçirilib.

Həmçinin respublikanın regionlarında yerləşən orta ixtisas təhsili müəssisələrinin məsul əməkdaşları və TQDK-nın regional bölmələrinin nümayəndələri də videoəlaqə vasitəsilə iclasa qatılıblar. 

İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından səmərəli istifadə etməsi üçün treninqin təşkili və keçirilməsi məsələsi müzakirə olunmuş və cədvəl müəyyən edilib.
Müvafiq cədvəl TQDK-nın saytında yerləşdirilib.





11/01/12    Çap et