Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk dördnüvəli smartfon


Çinin “Meizu” şirkəti dünyada ilk olaraq dördnüvəli prosessorla olan smartfon təqdim edəcəyini bildirmişdi. Lakin bunu bacarmadı.

Yaponiyanın “Fujitsu” korporasiyası isə “CES 2012” sərgisində “NVIDIA Tegra 3” platformasında hazırlanmış mobil aparat nümunəsini təqdim edib. Bu barədə “Engadget” məlumat yayıb.

Buna baxmayaraq, yenilik haqqında informasiya azdır. Smartfon 4,6 düymlü “HD” ekrana, 13,1 meqapikselli kameraya malikdir. “Android 4.0” əməliyyat sistemi əsasında işləyir və LTE şəbəkəsini dəstəkləyir.

Aparat barədə daha ətraflı məlumatın fevralda keçiriləcək “Mobile World Congress” tədbirində açıqlanacağı gözlənilir. Hazırda isə jurnalistlərə qurğuya hətta toxunmağa imkan verilmir. Belə ki, telefon şüşə örtük altında gizlədilib.

Lakin “Engadget” əməkdaşları televizor və simsiz qeympad vasitəsi ilə qurğunun oyun imkanlarını sınaqdan keçirə biliblər. Jurnalistlər qrafika və oyun prosesinə heyran olublar. Smartfonun çıxarılma tarixi dəqiq bilinmir. 





11/01/12    Çap et