Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha məhsuldar və daha az enerji istehsal edən çip təqdim edilib
“Nvidia” şirkəti bu gün “Consumer Electronics Show (CES) 2012” sərgisində smartfon və planşetlər üçün nəzərdə tutulmuş öz yeni “Tegra 3” mobil həllini təqdim edib.
“Tegra 3” əsasında hazırlanacaq ilk həll “Asus Transformer Prime” planşeti olmalıdır. Planşet 7 düymlü ekrana malikdir, “Android 4.0” əməliyyat sistemi ilə işləyir.
Hazırda “Nvidia Tegra 2” əsasında bazarda olan planşetlərin yarısı və bəzi smartfonlar işləyir. “Tegra 2” ikinüvəli mobil çipi daha əvvəl təqdim edilib və onun əsasında bir qayda olaraq, “Android”-planşetlər işləyir.
“Tegra 3” mobil çipi “Tegra 2” mobil çipi ilə müqayisədə 3 dəfə daha yüksək məhsuldarlıq təmin edir və 61% daha aşağı enerji istehlakına malikdir.
11/01/12 Çap et