Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternetin sürəti fantastik həddə çatdırıla bilər
İki müstəqil istehsalçılar qrupu yeni texnologiya təqdim ediblər. Onun sayəsində verilənləri bir optik kabel üzrə saniyədə 100 terabit sürətlə ötürmək mümkündür. Lakin hər iki istehsalçı qrup vurğulayır ki, onların texnologiyaları hələlik eksperimentaldır və üzərində işlər aparmaq lazımdır.
“Telegeography Research” şirkətinin nümayəndəsi Tim Stronqun sözlərinə əsasən, bugünkü gündə istifadə edilən ən sürətli magistral əlaqə kanalları saniyədə yalnız bir neçə terabit ötürmə sürətinə malikdirlər. Lakin şirkətin hesablamalarına əsasən, hər il ötürülən informasiyanın tutumu təxminən 50% artır.
Bugünkü optik kabellərdə ötürmə sürətinin genişləndirilməsi üçün bir neçə metoddan istifadə edilir. Radio dalğa kimi, optik spektri də hissələrə bölmək və müxtəlif kanallar üzrə müxtəlif tezliklə eyni zamanda ötürmək olar.
11/01/12 Çap et