Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
16 meqapiksel kamera ilə təchiz edilən smartfon (VİDEO)
"AT&T" operatoru yaxın aylarda güclü "HTC Titan II" smartfonunun satışlarına başlayacaq. Smartfona "Windows Phone 7.5 Mango" əməliyyat sistemi quraşdırılıb.
"CES 2012" sərgisində təqdim edilən yenilik 1,5 QHz takt tezlikli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz edilib. "LTE" mobil şəbəkəsində işləyir.
Əməli yaddaş tutumu 512 Mbayta bərabərdir; daxili fləş modulun tutumu 16 QB təşkil edir. 4.7 düymlü diaqonala malik sensor ekran "WVGA" (480×800 nöqtə) kəskinliyinə malikdir.
16 meqapiksel matrislə olan arxa kamera yüksək dəqiqlikli video yazılışını dəstəkləyir. Ön kamera 1,3 meqapiksel matrisə malikdir.
Aparatda "Wi-Fi" və "Bluetooth" simsiz əlaqə modulları mövcuddur. Qidalanmanı 1730 mA/saat tutumlu akkumulyator batareyası təmin edir.