Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şüşə korpuslu ultrabuk
Keçən həftə “HP” şirkəti yeni “Spectre” noutbukunun çarxı ilə çoxlarını maraqlandırmışdı. Amerika istehsalçısı Las-Veqasda “Envy 14 Spectre” adlı ultrabuk təqdim edib. Yeniliyin korpusu şüşədən hazırlanıb, “Engadget” xəbər verib.
“HP Envy 14 Spectre” ultrabukunun çəkisi 1,7 kq-dır, qalınlığı 20 mm təşkil edir. Leptop 14 düymlü 1600x900 nöqtə kəskinlikli ekran, “İntel Core i5-2467M” ikinüvəli prosessoru, 4 QB əməli yaddaş və 128 QB tutuma malik SSD daşıyıcı ilə təchiz edilib.
Şirkət “Envy 14 Spectre” ultrabukunda avtonom iş müddətinin 9 saata çatdığını bildirib. Ultrabukun satışları ABŞ-da fevral ayının 8-də başlayır. Qiyməti 1400 dollar təşkil edir.
11/01/12 Çap et