Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha nazik korpusa malik smartfon və planşet yaratmaq mümkün olacaq
"Corning" şirkəti "CES 2012" sərgisində ikinci nəsil "Gorilla Glass" şüşəsinin üstünlükləri haqqında danışıb və üstünlüyünü təcrübədə əyani göstərib. İstehsalçıların sözlərinə əsasən, "Gorilla Glass 2" şüşəsi sələfindən 20% daha nazik və daha yüngüldür. Bu isə öz növbəsində daha nazik korpusa malik smartfon və planşet yaratmağa imkan verəcək.
Təcrübə zamanı jurnalistlərə müxtəlif şüşə nümunəsi verilib. Adi şüşə 21 kq təzyiqə sınır, "Gorilla Glass 2" qoruyucu şüşəsi isə 50 kq-dan çox təzyiqə dözür. Yeniliyin istehsalı ilin birinci yarısında başlanmalıdır.
11/01/12 Çap et