Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dell” şirkəti ilk ultrabukunu təqdim edib


“Dell” şirkəti “CES 2012” sərgisində “XPS 13” adlı ilk ultrabukunu təqdim edib. Yeniliyin satışları fevral ayının sonunda başlayacaq. Qiyməti 999 dollar olacaq.

Leptop “Gorilla Glass” şüşəsi ilə qorunan 13 düymlü ekranla təchiz edilib. Ekranın kəskinliyi 1366x768 piksel təşkil edir. “Dell XPS 13” ultrabukunun qalınlığı ən qalın hissədə 18 mm təşkil edir,

çəkisi 1,4 kq-dan azdır. Leptopun standart modifikasiyası “İntel Core i3” prosessoru, 4 QB əməli yaddaş və 128 QB tutuma malik “SSD” daşıyıcı ilə təchiz olunub. Satışda “Core i5” və “i7” çipləri, həmçinin 256 QB tutuma malik “SSD” daşıyıcılarla olan versiyalar da olacaq.

“Dell XPS 13” ultrabuku daxili qrafikaya, “Bluetooth 3.0” və “Wi-Fi” modullarına, “USB 2.0”, “USB 3.0” və “Mini- DisplayPort” portlarına malikdir. “XPS 13” ultrabukunda avtonom iş müddəti 8 saata çatır.





11/01/12    Çap et