Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” yeni sosial şəbəkə yaradıb
“Google” bu gün dünyanın ən böyük sosial şəbəkəsi – “Facebook” ilə rəqabət üçün yeni sosial xidmət təqdim edib. “Google+” adlı xidmət “Facebook” ilə oxşar dizayna malikdir. Belə ki, şəbəkə istifadəçilərə fotolent, xəbərləri, şərhləri və digər kontenti yerləşdirməyə icazə verir. Bundan başqa xidmət istifadəçilərə qruplarda birləşmək imkanı da təqdim edir.“
Google” məhsulları üzrə menecer Bredli Xorovisanın sözlərinə görə, yeni xidmət “Google Maps” və “Google İmages”ə inteqrasiya edilə bilər. “Google”un bu addımı istifadəçilərin daha çox vaxt keçirdikləri sosial şəbəkənin, heç olmasa, qismən ələ keçirilməsinə yönəldilib. Həmçinin ekspertlər “Google+” xidmətinin yeni baş direktoru Larri Peycin vaxtında “Google”un birinci böyük təşəbbüsünü təşkil etdiyini qeyd ediblər. Şirkət əvvəl analoji xidmətlər təklif edən “Google Buzz” layihəsini təqdim edib, amma bu layihə uğur qazana bilməyib. İndi yeni xidmət məhdudlaşdırılmış beta-test mərhələsindədir, ilk əvvəl “Google+” xidməti internet-şirkət daxilində yoxlanılıb. Xorovisanın sözlərinə görə, “Google+” xidmətinin köməyi ilə istifadəçilərə dostlar dairəsində informasiya bölüşmək daha sadə olacaq.
Xidmətin ən gözə çarpan imkanları arasında bir çox istifadəçi ilə video çat təşkil edən “Hangouts” xidmətini, həmçinin “Sparks” - verilmiş mövzular üzrə məlumatın yığılması sistemini qeyd etmək olar. Həmçinin “Google”da mobil müştərilər üçün “Google+” versiyasının hazırlanması haqqında da məlumat veriblər. “Android” üçün versiya artıq hazırdır.
29/06/11 Çap et