Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə sürətli internet şəbəkəsi yaradılıb


Gəncədə internet istifadəçilərinin sayı sürətlə artır. Bu barədə  "İCTnews" elektron xəbər xidmətinə məlumat verən Gəncə TKİ-nin rəisi Əli Hüseynov bildirdi ki, şəhərdə stansiyaların NGN texnologiyası əsasında yenidən qurulması, analoq ATS-lərin ləğv edilməsi genişzolaqlı internet istifadəçilərinin sayını artırıb.

Hər bir internet provayder üçün bərabər şərait yaradıldığını bildirən rəis şəhərdə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bir neçə küçədə hava rabitə xətlərinin yeraltı kabellərlə əvəzləndiyini qeyd edib.

"2011-ci ilə qədər şəhərdə 6 internet provayderi əhaliyə xidmət göstərirdisə, hazırda bu say 7-ə çatıb". İdarə rəisi bildirib ki, Gəncədə "Aztelekom" ,  "Orbit" ,  "Azeronline" , " Data+" , "Transeurocom" , "Smart" , "Azdatacom" kimi provayderlər fəaliyyət göstərir. Hesablamalara  əsasən , ən çox abonent sayına görə ilk yerləri "Aztelekom" və "Azeronline" paylaşır.







12/01/12    Çap et