Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İBM” korporasiyası güclü patent müdafiəsinə malikdir


Amerikanın texnologiya nəhəngi "İBM" korporasiyası qeydiyyatdan keçirdiyi  intellektual mülkiyyətin sayına görə liderlik etməyə davam edir.

Belə ki, korporasiya 2011-ci ildə 6180 patent əldə edərək yenidən öz liderliyini təsdiq edib. "İBM" korporasiyası bu göstərici üzrə liderliyi 19 ildir ki əldən vermir,- "eWeek" internet nəşri bildirib.

"İBM"-in patent portfelinə bir çox hazırlamalara (kompyuter yaddaş qurğularından onlayn mağazalara qədər) aid sənədlər daxildir. Belə patent  arsenalı sayəsində korporasiya məhkəmələrdə az vaxt keçirir, -"İBM"-in  nümayəndəsi bildirib.

"İBM" Asiya kolleqalarını böyük fərqlə qabaqlayıb. Ən yaxın təqibçisi olan "Samsung" şirkətinin aktivində 2011-ci ildə qeydiyyat edilmiş 4894 patent var. Sonrakı yerləri "Canon" (2821), "Panasonic" (2559) və "Toshiba" (2483) şirkətləri tuturlar.
 





12/01/12    Çap et