Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Taksilərdə də gediş haqqı pos-terminal vasitəsilə ödəniləcək
Yaxın vaxtlarda Bakıdakı taksilərdə gediş haqqının plastik kartlarla ödənilməsinə başlanacaq. Bu barədə «Taksi Bakı» şirkətinin direktoru İlqar Qasımov məlumat verib.
Onun sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinə qədər paytaxtdakı «London taksiləri”ndə gediş haqqının kartla ödənilməsi üçün sistem - mobil pos-terminallar qurulacaq.
İ.Qasımov bildirib ki, hazırda kartları bu sistemdə istifadə olunacaq bankların seçilməsi prosesi gedir: «Elə banklar seçiləcək ki, onların plastik kartları daha kütləvi olsun və əhalinin daha çox hissəsi bu bankın kartlarına malik olsun».
12/01/12 Çap et