Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz daha sürətli pulköçürmə sisteminə qoşulub


Ölkəmiz "STEFİ"-nin(Secured Transfer of Electronic Financial Information) daha  təcili pulköçürmələr əməliyyat sisteminə qoşulub. "Azərpoçt" MMC-dən verilən məlumata görə, "STEFİ" texniki məsələləri həll edib. Texniki məsələ həll edildiyindən ölkəmiz digər ölkələrlə sürətli mübadilə həyata keçirə bilir.

 Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Qeyd edək ki, yeni sistem əvvəlkindən daha sürətlidir.





13/01/12    Çap et