Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Metrodan sonra kartla gediş haqqı avtobuslarda da tətbiq ediləcək
Bu ilin aprel ayınadək paytaxtda sərnişin avtobuslarında gediş haqqı elektron şəkildə həyata keçiriləcək. Bu barədə məlumatı Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov verib.
Onun sözlərinə görə, bununla əlaqədar işlər sürətlənib. Burada söhbət avtobuslarda gediş haqqının plastik kartlarla həyata keçirilməsindən gedir. Bu kartlar metroda olduğu kimi xüsusi ola bilər.
Kart sistemi bütün iritutumlu avtobuslara tətbiq ediləcək. Bunun üçün avtobuslara müvafiq avadanlıqların qurulması lazımdır. Kartlara gediş haqqı dayanacaqlarda və xüsusi yerlədə qurulan terminallarda yüklənə bilər.
Qeyd edək ki, bir neçə il öncə bu sistem Bakı Metropolitenində tətbiq edilib və bu sistemi sərnişinlər məqbul sayır.
13/01/12 Çap et