Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” “Microsoft”un gəlirlərini artıracaq
“LG” şirkəti “Microsoft” korporasiyasının 11-ci "qurbanı" olub. Belə ki, o da “Android” əsasında işləyən hər qurğusuna görə “Microsoft” korporasiyasına lisenziya ödənişi ödəməyə razılaşıb.
Sazişin dəyəri açıqlanmır. “Microsoft” əvvəllər hər “LG” aparatından 3 dollar lisenziya ödənişi almaq istəyirdi. İri istehsalçılardan hələ ki yalnız “Motorola Mobility” şirkəti Amerika korporasiyasının patentlərindən istifadə edildiyi üçün lisenziya ödənişi ödəməyə razılaşmayıb.
Bundan əvvəl “Microsoft” korporasiyası “Android” ilə işləyən qurğulara aid olan kross-lisenziya razılaşmalarını “HTC”, “Samsung”, “Acer”, “Wistron”, “Quanta”, “Compal” və digər şirkətlərlə bağlayıb.
13/01/12 Çap et