Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti jestlərlə idarə olunacaq “3D” interfeysi patentləşdirir
“Apple” şirkəti ABŞ-ın Patent və ticarət markaları idarəsinə (USPTO) "sensora əsaslanan vizual mühit"ə (Sensor Based Display Environment) patent ərizəsini verib.
Söhbət portativ qurğu ekranında üçölçülü virtual sahənin yaradılmasından gedir. Bunun sayəsində istifadəçilər sensor ekrana toxunmadan jestlər vasitəsi ilə idarəetməni bacaracaqlar. “Apple” şirkətinin fikrincə, belə həll kiçik ölçülü ekranlarda “3D” rejimdə olan naviqasiyanı sadələşdirəcək.
Gələcəkdə sistemin planşet kompyuterləri və smartfonlarda tətbiq edilə biləcəyi güman edilir. Lakin, ideyanın praktik olaraq həyata keçirilmə müddəti haqqında bildirilmir.2011-ci ildə “Apple” şirkəti ABŞ-da demək olar ki, 680 patent qeydiyyat edib.
13/01/12 Çap et