Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zaqatalanın bütün kəndlərinin poçt şöbələri bank əməliyyatları aparacaq


“Azərpoçt” MMC regionlarda poçt filiallarını daha müasir texnologiyalarla təmin etməkdədir. Bunun nəticəsində poçt şöbələri vətəndaşlara daha müasir xidmətlər göstərirlər.

Son illər bu sahədə müasir texnologiyaların tətbiqi və aparılan islahatlar əhalinin poçtlara olan inamını yenidən bərpa etməkdədir.  Ötən il Zaqatala rayonunda poçt xidmətlərindən 63,2 min manat xalis gəlir əldə olunub.

Poçtamtın rəisi  Namidə Süleymanovanın bildirdiyinə görə, hazırda rayonun əksər kənd və qəsəbəsində poçt şöbəsi fəaliyyət göstərir və onlardan istifadə edənlərin sayı durmadan artmaqdadır.

 Əhalinin bu tələbatını nəzərə alaraq yaxın vaxtlarda rayonun bütün poçt şöbələrində bank əməliyyatlarına başlanılması planlaşdırılır. Elə bu məqsədlə artıq yerli şöbələrin kompyuterləşdirilməsi işi həyata keçirilir.

 





13/01/12    Çap et