Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Twitter”ə problem yaradıb


«Google» axtarış sisteminə «Google+» kimi digər yeniliklər əlavə etməsi bir sıra problemlər yaradıb. İlk təpki də «Twitter»dən gəlib. «Twitter» rəsmiləri «bu yeniliklərə alışmadıq» deyərək bildiriblər ki, dəyişikliklərdən sonra axtarış zamanı milyonlarla istifadəçinin «tvit»lərinin tapılmaması onları özlərindən çıxarıb.

«Twitter» rəsmiləri bildirib ki, insanlar illərlə axtarmaq istədikləri məsələlər haqqında ən maraqlı nəticəni tapmaq üçün «Google»a güvənirlər.

«Onlar çox zaman dünyadakı olaylar və son xəbərlərlə bağlı informasiyalar əldə etmək istəyir. «Twitter» isə 100 milyondan çox istifadəçisinin hər gün göndərdiyi 250 milyondan çox «tvit»lə bu çağdaş günümüzün vazkeçilməz qaynağıdır. Xəbərlər əsasən ilk olaraq «Twitter»də yayılır.

Dolayısı ilə «Twitter» səhifələri və statusları ən ilginc nəticələri yayır. «Google»ın etdiyi dəyişikliklərdən sonra isə bu bilgiləri tapmaq çox çətinləşib. Bunun da insanlar, yayımçılar, xəbər redaksiyaları və «Twitter» istifadəçiləri üçün mənfi təsiri olduğunu düşünürük».

«Google» da «Twitter»in bu iradlarına «Google+» səhifəsində cavab verib. «Twitter»in belə bir açıqlama verdiyinə təəccübləndiklərini  vurğulayaraq əlavə ediblər ki, ötən yazda onlarla anlaşmalarını yeniləmək istəməyiblər.
 
 





13/01/12    Çap et