Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hindistan məşhur saytlara çıxış imkanını bağlaya bilər
Əgər Qərb şirkətləri məzmunun lazımi filtrasiyasını təmin edə bilməyəcəklərsə, Hindistan məhkəməsi Çin dövləti kimi “Facebook” və “Google” saytlarına çıxış imkanını bağlamaq haqqında bildirib.
Söhbət "mübahisəli materiallar" haqqında gedir. "Biz də Çin dövləti kimi bütün belə saytları blok edəcəyik" - hakim Sureş Kait bildirib.
Məhkəmə “Facebook” və “Google”-dan etiraza səbəb olan və təhqiredici materialların ləğv edilməsi üçün mexanizm hazırlamağı xahiş edib. Buna cavab olaraq “Google İndia” nümayəndəsi bildirib ki, məzmuna bu yolla nəzarət etmək və filtrasiya etmək mümkün deyil,- “NDTV” yazıb.
"Saytlarda materialları milyonlarla insanlar yerləşdirir. Bəli, bu materiallar yalan, təhqiredici ola bilər, lakin onların hamısını yoxlamaq mümkün deyil" - Mukul Roxaqti belə hesab edir.
O, həmçinin izah edib ki, xidmət ABŞ-da yerləşən və o ölkənin qanunlarına tabe olan “Google İnc” şirkəti tərəfindən təqdim edilir, “Google İndia” isə həmin təşkilata tabe olan strukturdur və ona təsir göstərə bilmir.
“Facebook İndia” hələ ki vəziyyəti şərh etməyib.
14/01/12 Çap et