Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya və Ermənistanda kompüterlərin virusa yoluxma sayı Azərbaycandan daha çoxdur
Ötən ilin son ayı ərzində (2011-ci il dekabrın 14-dən 2012-ci il yanvarın 11-dək) Azərbaycanda kompüterlərin internet vasitəsilə virusa yoluxma sayı bir qədər - 0,96 faiz atrıb. Bu barədə "Kasperski laboratoriyası"nın ötən ay üzrə virus aktivliyi icmalında deyilir.
Hesabatda deyilir ki, ölkədə istifadəçilərin 34,1 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.
İcmalda qeyd olunur ki, Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 10 ölkə arasında altıncı yeri tutur.
İlk TOP 10-a 46,3 - 31,1 faizlə daxil olan ölkələr Rusiya, Cənubi Koreya, Ermənistan, Qazaxıstan, Belarus, Ukrayna, Banqladeş, Özbəkistan və Sudandır.
Şirkət təhlükə dərəcəsini qiymətləndirmək üçün bir rüb ərzində istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.
Ay ərzində "Kasperski laboratoriyası"nın məhsulları 17312 şəbəkə hücumunun qarşısını alıb.
Göstərilən dövrdə AzNET şəbəkəsindəki viruslar üçlüyünə Trojan.Script.Generic, Trojan.Script.Iframer və Trojan.JS.Redirecrot.Np daxil olub.
16/01/12 Çap et