Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
44 ilin ən böyük sərgisi
Las-Veqasda keçirilən beynəlxalq istehlak elektronikası sərgisinin təşkilatçıları tədbiri 44 illik tarixi ərzində “CES 2012”-ni ən böyük sərgi elan ediblər və onun nəticələri haqqında məlumat veriblər. Cari il “CES 2012” sərgisinə 153 min insan gəldi. Bu göstərici 2011-ci il ilə müqayisədə təxminən 2% çoxdur.
Həmçinin “CES 2012” sərgisində öz nailiyyətlərini təqdim edən iştirakçıların sayı da rekord təşkil edib. Cari ildə 3100 şirkət öz sərgi stendlərini təqdim edib. Ümumilikdə 20 mindən çox yeni məhsul nümayiş edilib.
Sərgidə “Google”, “Facebook”, “Qualcomm”, “İntel”, “Nokia”, “Microsoft”, “Motorola” kimi şirkətlərin rəhbərliyinin nümayəndələri də iştirak etdilər.
“CES 2012” sərgisində hollivud məşhurlarından Castin Timberleyki, Castin Biberi, Ludacris, 50 Cent, Uill Smit, Kelli Klarksonu görmək mümkün idi.
Bir çox ekspertlər “CES 2012” sərgisini ultrabuk sərgisi adlandırdı. Sərgidə, həmçinin bir çox planşet, televizor və “Android” smartfonu da təqdim edildi.
16/01/12 Çap et