Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad 3” planşeti martda istehsal ediləcək


“Bloomberg” resursu üçüncü nəsil “iPad” planşeti haqqında əlavə məlumat yayıb. Nəşr 3 etibarlı mənbəyə istinad edərək iddia edir ki, planşet  mart ayında istehsal ediləcək. “Foxconn” artıq qurğuların quraşdırılmasına başlayıb.

Təsdiqlənmiş məlumatlara görə, yenilik “LTE” şəbəkələrini dəstəkləyəcək. Bundan əlavə, “Bloomberg” resursu “iPad 3” planşetinin “Retina” ekrana və dördnüvəli prosessora malik olması haqqında daha əvvəl dərc edilmiş informasiyanı təsdiqləyib.

Həmçinin bildirilib ki, yeni nəsil planşetin ekranının təsvir ölçüsü “iPad 2” ilə müqayisədə yuxarı olacaq.





16/01/12    Çap et