Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyanın kosmik agentliyi virusa yoluxub


Yaponiyanın “Jaxa” kosmik agentliyindən verilən məlumata görə, naməlum kompyuter virusu idarənin bir sıra kompyuterlərini yoluxdurub. Bu isə potensial olaraq qapalı informasiyanın itirilməsinə gətirib çıxara bilərdi.

İdarədən bildiriblər ki,  mütəxəssislər hələ yanvarın 6-da ziyanverici proqram təminatını əməkdaşlardan birinin kompyuterində aşkar ediblər. Ziyanverici proqram təminatının analizindən sonra təyin edilib ki, virus məlumat toplamaq ilə məşğuldur.

“Jaxa”-dan qeyd ediblər ki, idarə virusun kompyuterlərə necə düşməsi və bunun arxasında kimlərin dayanması haqqında informasiyaya malik deyil.

“Jaxa” kosmik agentliyinin rəsmi bəyanatında bildirilir ki, artıq idarədə  bütün şifrələrin dəyişilməsi və informasiya təhlükəsizliyinə olan tələblərin kəskinləşməsi prosesi gedir. Həmçinin “Jaxa” genişmiqyaslı İT-audit və hərtərəfli antivirus yoxlamaları  həyata  keçirir.





16/01/12    Çap et