Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkəti güclü patent portfelinə malikdir
“Nokia” şirkəti İtaliyanın “Sisvel İnternational” patent-lisenziya şirkətinə 450 patentini satıb. Satılmış patentlər ”GSM”, “3G” və “LTE”, həmçinin videonun kodlaşdırılması və optimallaşdırılması texnologiyalarına aiddir.
“Nokia” şirkətindən verilən məlumata görə, satılmış 450 patent şirkətin bütün patent portfelinin 1/16 hissəsini təşkil edir. Sazişin şərtlərinə əsasən, “Nokia” şirkəti öz 450 patentini, hətta satdıqdan sonra belə onlardan istifadə hüququnu özündə saxlayır.
Hazırda “Nokia” şirkətinin patent bazasında təxminən 30000 patent və patent ərizəsi var. Ekspertlər bildirirlər ki, Finlandiya şirkətinin patent portfeli kifayət qədər güclüdür.
Məlumat üçün qeyd edək ki, keçən il “Nokia” şirkəti “Apple” şirkətini lisenziya sazişi bağlamağa, “iPhone” və “iPad”-da bəzi mobil texnologiyalardan istifadə etdiyi üçün lisenziya ödənişi ödəməyə vadar edib.
16/01/12 Çap et