Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məktəblilər üçün yeni nəsil noutbuklar istehsal edilib (VİDEO)


“CTL” şirkəti “İntel Cedar Trail” aparat platformasında işləyən “Classmate PC NL3” və “E12” noutbuklarını təqdim edib.

Məktəblilər üçün nəzərdə tutulmuş portativ kompyuterlərdə iki hesablama nüvəsinə malik “Atom N2600” prosessoru və “DirectX 10.1” proqram interfeysini dəstəkləyən qrafik kontroller tətbiq edilib.

Əməli yaddaş tutumu  1 QB təşkil edir; sərt diskin tutumu isə 320 QB (SSD daşıyıcı da quraşdırıla bilər) təşkil edir.

Ekranın diaqonalı 10,1 düym təşkil edir; “Classmate PC NL3” modeli çevirici dayaqla olan sensor ekrana malikdir, bunun nəticəsində noutbuku planşetə çevirmək olur. Kompyuterlərdə “Wi-Fi” adapteri və veb-kamera, “USB”, “D-Sub” və “HDMİ” portları da var.

“Classmate PC” noutbukları möhkəm korpusda hazırlanıb və sukeçirməyən klaviatura ilə təchiz edilib; istehsalçı noutbukun 70 sm hündürlükdən düşdükdə belə işləmək qabiliyyətinə zəmanət verir.
 
“Classmate PC NL3” və “E12” modellərinin qiymətləri müvafiq olaraq 500 və 350 dollar təşkil edir.








16/01/12    Çap et