Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyədə “iPhone 4S” qısa zamanda tükənib
ABŞ-ın texnologiya nəhəngi "Apple"-ın satışa çıxarıldığı ölkələrdə kütləvi şəkildə satılan, hətta keçən həftə Çindəki ilk satışı zamanı izdiham yaradan "iPhone 4S" modelinin Türkiyəyə gələn ilk 50 min ədədi qısa zaman ərzində satılıb.
"Avea", "Vodafone" və "Turkcell" tərəfindən bir ay əvvəl satışa çıxarılan məhsulun ikinci hissəsinin gəlməsi gözlənilir.
Marketinq mütəxəssisləri "İndi 100 min ədəd gəlsə, bir həftəyə satılar" iddiasını irəli sürürlər. Satışın 80 faizi qara rəngli modelin, 20 faizi isə ağ rəngli modelin payına düşür.
"iPhone 4S" modellərinin 90 faizindən çoxu mobil operatorların sms və internetdən uzunmüddətli istifadə paketləri ilə birlikdə satılıb. Ümumilikdə, Türkiyədə istifadə olunan "iPhone" mobil telefon sayının "4S" modelinin satışından sonra 1 milyonu ötüb.
Smartfon bazarının iki iddialı iştirakçısı "iPhone" ilə "Blackberry" markaları 1 il bundan əvvəl satış həcmi 500 min olmaq üzrə rəqabət aparırdılar. Sonradan "Blackberry"-də yaşanan böhran satışa təsir göstərdi.
"iPhone" ilə aradakı fərq "Blackberry"-nin əleyhinə 400 min oldu. Son proqnozlara görə, Türkiyədə 600 minə yaxın "Blackberry" cihazı var.
16/01/12 Çap et