Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sentyabrda beynəlxalq konfrans keçiriləcək


Bu il AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Kibernetika və informatika problemləri” (PCI'2012) mövzusunda IV Beynəlxalq konfrans keçiriləcək. Sentyabrın 12-14-də düzənlənəcək tədbirin təşkilatçıları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, AR Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutudur.

«İct.az» saytının yaydığı məlumata görə, “PCI'2012” Beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşkilati işlərin yüksək səviyyədə hazırlanmasına dair tədbirlər planının müzakirəsi məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda İşçi Qrupunun toplantısı keçirilib.

Tədbirdə kibernetika və informatika sahəsində elmi nailiyyətlərin, elmi-tədqiqat, elmi-texniki və elmi-metodiki nəticələrin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən konfransın yüksək səviyyədə hazırlanmasının zəruriliyi qeyd edilib. Tədbirin Azərbaycanda elmi-texniki sahənin inkişafına böyük töhfə verəcəyi vurğulanıb.





16/01/12    Çap et