Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli kabel operatoru rəqəmsal TV-nin işə salınması işlərini sürətləndirib
Azərbaycanın kabel televiziyası operatoru "B&BTV Communications" Azərbaycanın bütün ərazisi üzrə rəqəmsal TV yayımının işə salınması üçün məsləhətçi cəlb edib. Şirkətin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudovun sözlərinə görə, layihədə məsləhətçi qismində Baltikanın iri sistem inteqratoru "Hannu Pro" şirkəti (Latviya) çıxış edir.
Şirkət Latviya və Bolqarıstanda DVB-T rəqəmsal yayım şəbəkəsinin qurulmasında iştirak edib. Latviya şirkəti yerüstü rəqəmsal televiziyanın fəaliyyət göstərməsi üçün bütün zəruri infrastrukturu qurur.
"B&BTV Communications", həmçinin Naxçıvan Muxtar Respublikasında test buraxılışı fevralın başlanğıcında gözlənilən rəqəmsal televiziya şəbəkəsinin tikintisində hesabat işləri aparıb.
"Hazırda şirkət artıq Bakı və regionlarda rəqəmsal televiziya şəbəkəsinin tikintisi üzrə hesabat işlərinə başlayıb. Bu istiqamətdə işlərin ayın sonuna qədər başa çatması gözlənilir", - Mahmudov deyib.
Hazırda şirkət rəqəmsal teleziyanın işə salınması üçün lazımi olan tezlik spektrinin alınması haqqında danışıqlar aparır. Şirkət hamı üçün əlverişli olan bir sosial paket təqdim etməyi planlaşdırır. Kommersiya əsasında da paketin əsas baza və baza genişləndirilməsi təqdim ediləcək.
Bundan başqa, istehlakçıların marağına (idman kanalları, filmlər və s.) uyğun olaraq, yeni dar çərçivədə ixtisaslaşmış paketlər də təklif ediləcək.
Ümumilikdə rəqəmsal formatda təxminən 100 televiziya kanalı təqdim ediləcək.
2012-ci ildə "B&BTV Communications"in rəqəmsal televiziya şəbəkəsi ilə respublikanın 98 faiz ərazisi əhatə olunacaq.
17/01/12 Çap et