Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur internet şirkəti piratçılıqda ittiham edildi


Amerika mediamaqnatı Rupert Merdok “Google” şirkəti və ABŞ prezidenti Barak Obamanı ona görə tənqid edib ki, onlar piratçılıqla mübarizə üçün nəzərdə tutulmuş “SOPA” qanun layihəsinə qarşı çıxıblar.

“News Corporation” rəhbərinin sözlərinə əsasən, axtarış nəhəngi internet-piratçılıqda liderdir. Bu barədə “The Daily Telegraph” məlumat verib.

“Google” axtarış xidməti pirat məzmunu asanlıqla tapmağa imkan verir. "Bu halda onlar, hətta reklam da satırlar," – Rupert Merdok qeyd edib. Düzdür, o, sonra Serqey Brin və Larri Peycin yaratdıqları şirkəti “çox yaxşı” adlandırıb və bildirib ki, korporasiyaya qarşı yeganə əhəmiyyətli iddia yalnız onun dediyidir.

“Google”-dan Rupert Merdokun fikirlərini cəfəngiyat adlandırıblar. Şirkətin keçən il axtarış nəticələrindən müəllif hüquqlarını pozan 5 milyon səhifəni sildiyi bildirilib.

Barak Obamaya gəlincə, “SOPA” qanun layihəsinin onun tərəfindən dəstəklənməməsi proqram təminatı tərtibatçılarının ziyanına gətirib çıxaracaq,- Rupert Merdok əmindir. Onun sözlərinə görə, bu adi oğurluqdur.





17/01/12    Çap et