Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Eurovision 2012”-nin qaydaları dəyişdi
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” Mahnı müsabiqəsində səsvermə qaydaları ilə bağlı yeni qərar verilib. Qaydalara görə, səsvermə son 15 dəqiqə ərzində həyata keçiriləcək.
Belə ki, 2010-cu ildən tamaşaçılar yalnız son 15 dəqiqə ərzində deyil, birinci mahnıdan səs vermək imkanı qazanmışdılar. Lakin bu il Avropa Yayımları Birliyi (EBU) yenidən köhnə sistemə qayıtmaq qərarına gəlib. Artıq yeni qərar qüvvəyə minib.
Bakıda keçiriləcək “Eurovision 2012”-də hər zaman olduğu kimi, münsiflər əsas məşqlərə görə öz xallarını istədikləri ifaçıya verə biləcəklər.
17/01/12 Çap et