Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” yenidən Azərbaycanla bağlı səhvə yol verib
“Google Earth”, “Google Maps” və “Google Analytics” xidmətlərinin ölkəmizlə bağlı buraxdıqları səhvlərə indi də “Google Translate” xidməti tərəfindən edilən səhv əlavə olundu. Belə ki, dünyanın ən məşhur axtarış maşınının tərcümə sisteminə daxil olub, Azərbaycan dilində Qarabağ ərazisi olan "Xocalı" toponimini yazdıqda, maşın, demək olar ki, dünyanın bütün dillərində sözü "Armenia" kimi tərcümə edir. Azərbaycan toponiminin belə yanlış və absurd tərcüməsinin nə ilə bağlı olduğunu söyləmək çətindir. Lakin Azərbaycanla bağlı “Google” xidmətinin növbəti səhvi göz qabağındadır.
29/06/11 Çap et