Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avstraliya milli kibertəhlükəsizlik xidməti yaradıb


Avstraliya hökuməti milli kibertəhlükəsizlik strategiyasının reallaşdırılması çərçivəsində milli kibertəhlükəsizlik üçün məsuliyyət daşıyan dövlət bölməsinin yaradılmasını elan edib.

Yeni bölmənin vəzifələrinə hökumət və hərbi şəbəkələrin, həmçinin İT resursların müdafiəsi daxildir.


Hökumət belə bölmənin yaradılması haqqında ilk dəfə hələ 2009-cu ilin sonunda bildirmişdi, lakin o zaman maliyyə və yeni hökumət orqanının qurğuları ilə əlaqədar problem yaranmışdı.


Bu gün Avstraliyanın baş prokuroru Robert Makkleland bildirib ki, struktur artıq yaradılıb. Yeni bölmə haqqında əlavə təfərrüatlar hələlik açıqlanmır.


Yeni bölmə “ASİO” (Australian Security İntelligence Organisation) Avstraliya kəşfiyyatı bazasında yaradılıb və faktiki olaraq bu dövlət institutunun rəhbərliyi altında işləyəcək. Həmçinin yeni xidmətin “CERT Australia” (Computer emergency response team Austalia) və ölkənin Müdafiə Nazirliyi nəzdində işləyən “Cyber Security Operations Centre” (CSOC) mərkəzi ilə sıx əlaqədə olacağı bildirilib.
 
 
 
 





17/01/12    Çap et