Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil videoadapter


Veb-mənbələrin məlumatına əsasən, “NVidia” şirkəti yaxın vaxtlarda “Kepler” yeni nəsil qrafik prosessorlarını təqdim edəcək.

Çiplər 28 nanometr texnoloji proses üzrə hazırlanacaqlar. Bu isə  məhsuldarlıq artımını və “Fermi” arxitekturasında hazırlanan indiki kartlarla  müqayisədə enerji istehlakının azalmasını təmin edəcək. “Kepler” nəslinin həlləri fevral ayının sonunda istehsal edilə bilər.

“Kepler” ailəsinin ilk kartlarından biri “GeForce GTX 680” olacaq. Bu videokart çipinin nüvəsinin tezliyi, qeyri-rəsmi informasiyaya görə, 780 MHz, yaddaş tutumu isə 2 QB (512 və ya 256 bitlik şin) təşkil edəcək.
“Kepler” nəslinə aid videokartların məhsuldarlığı “Fermi” arxitekturalı  videokartların göstəricilərini 3 dəfə (maksimum) üstələyəcək.

Gələcəkdə “Maxwell” aparat platformasını “Kepler” arxitekturası əvəz edəcək. Bu, ehtimal ki, 2014-cü ildə olacaq.





17/01/12    Çap et