Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wikipedia” bağlanacaq


“Wikipedia” internet ensiklopediyasının yaradıcısı Cimmi Uels müvəqqəti olaraq resursu bağlamağa qərar verib. Çərşənbə günü saytın ingilisdilli versiyası 24 saat ərzində deaktiv olacaq.

Bu barədə “CNET” məlumat yayıb. Cimmi Uels qeyd edib ki, “Wikipedia” cəmiyyəti onun ideyasını dəstəkləyib. İnternetdə ən populyar resurslardan birinin yaradıcısı antipiratçılıqla mübarizə üçün nəzərdə tutulmuş “SOPA” qanun layihəsinə qarşı etirazını belə ifadə edir.


"Biz Vaşinqtona “BÖYÜK” mesaj göndərməliyik" – Cimmi Uels qeyd edib. O bildirib ki, senzuraya qarşı mübarizədə kiçik rol oynamağı ilə fəxr edir.

“Wikipedia” yanvar ayının 18-i tarixində “SOPA” qanun layihəsinə qarşı etiraz əlaməti olaraq fəaliyyətini dayandıracaq yeganə sayt olmayacaq. 

Belə ki “Reddit” xəbərlər resursunun rəhbərliyi də analoji üsuldan istifadə edəcək. Qeyd edək ki, orada xəbərləri istifadəçilər özləri dərc edirlər. Saytda 12 saat ərzində antipiratçılığa qarşı qanun layihəsinin qəbulunun nəyə gətirib çıxara bilməsi haqqında mesaj göstəriləcək.






17/01/12    Çap et