Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“iPhone” smartfonu üçün özü bərpa olunan çexollar istehsal edilib
Yaponiyanın “Nissan” avtoistehsalçısı “Apple iPhone” smartfonları üçün dünyada ilk özü bərpa olunan çexollar yaradıb.
“Scratch Shield iPhone” aksessuarı polirotaksan (polyrotaxane) polimeri əsasında xüsusi örtüyə malikdir. Onun sayəsində xırda sıyrıntılar və zədələr yox olur.
Çexol avtomobil istehsalında tətbiq üçün Tokio Universiteti və “Advanced Softmaterials” şirkətinin mütəxəssislərinin iştirakı ilə yaradılıb.“Scratch Shield iPhone” çexollarında kiçik sıyrıntıların təxminən 1 saata yox olduğu bildirilib.
17/01/12 Çap et