Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Twitter" rəhbəri etiraz əlaməti olaraq saytları bağlamağı ağılsızlıq hesab edir


Bu gün "Wikipedia" layihəsinin təsisçisi bildirib ki, yanvar ayının 18-də  antipiratçılıqla mübarizə üçün nəzərdə tutulmuş "SOPA" qanun layihəsinə  qarşı etiraz əlaməti olaraq resursun ingilisdilli versiyası bağlanacaq.

Jurnalistlər isə dərhal digər məşhur internet-şirkət rəhbərlərindən onların da analoji addım atıb-atmayacaqlarını soruşublar.


"Twitter"in rəhbəri Dik Kostolo hesab edir ki, tələbat olan resursları, hətta  etiraz əlaməti olaraq bağlamaq ağılsızlıqdır. O vurğulayıb ki, mikrobloqlar xidməti, həmçinin "SOPA" qanun layihəsinə qarşıdır, lakin işləməyə davam edəcək. Dik Kostolo "Google" və "Facebook" kimi şirkətlərin "Wikipedia" kimi addım atacağına inanmır.





17/01/12    Çap et