Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan hakerləri “Norton Antivirus” mənbə kodlarını dərc edəcək


“Yama Tough” kimi tanınmış haker qrupunun “Twitter” şəbəkəsində dərc etdiyi mesaja əsasən, onlar “Symantec” şirkətinin istehsalı olan “Norton Antivirus” antivirus proqram məhsulunun tam mənbə kodunu bu həftə dərc etməyə söz veriblər.

Mesajda bildirilib ki, 1,7 QB-lıq arxiv sabah açıq girişdə  yerləşdiriləcək.
Hakerlər bildiriblər ki, onlar “Symantec” antivirus proqramının mənbə kodlarını hind hökumət serverlərindən ələ keçirməyi bacarıblar.

“Symantec” şirkəti yanvar ayının əvvəlində təsdiqləyib ki, şirkətin iki köhnəlmiş korporativ həllinin mənbə kodları hakerlər tərəfindən ələ keçirilib. Dərc edilmiş kodlar isə 4-5 il bundan əvvəlki məhsullara aiddir.

“Symantec” şirkətinin bəyanatında bildirilmişdi ki, şirkətin şəbəkəsi “sındırılmayıb” və kibercinayətkarlar mənbə kodlarına "üçüncü tərəf" vasitəsilə giriş əldə ediblər.


“Symantec” şirkətinin mətbuat katibi Kris Paden mənbə kodlarının nəşrinin şirkət tərəfindən satılan müasir məhsullara heç bir təsir etmədiyini təsdiqləyib.





17/01/12    Çap et