Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompyuter bacarıqlarını inkişaf etdirmək üçün 78 mindən çox müəllim kurs keçib


Kompyuterlə işləmək bacarıqlarını inkişaf etdirmək üçün bu vaxta qədər 78 min nəfərdən çox müəllim “İntel: Gələcək üçün təhsil” proqramı çərçivəsində təkmilləşdirmə kursundan keçib.

Təhsil Nazirliyindən ICT News Elektron xəbər xidmətinə bildirilib ki, müasir təlim strategiyalarının, fəal təlim metodlarının tətbiqinin təhsilin keyfiyyətinə təsirinin öyrənilməsi üçün hələ 2009-cu ildə tədqiqatlar aparılıb.

Tədqiqatların nəticəsi olaraq, son 4 ildə 35 mindən çox ibtidai sinif müəllimi kurrikulum üzrə təlimlərdən keçib. 1000 nəfərə qədər kurrikulum üzrə təlimçi müəllim hazırlanıb. Yeni ümumtəhsil kurrikulumlarının tətbiqi ilə bağlı rayon və şəhər təhsil şöbələri metodistləri üçün müvafiq təlimlər hazırda da keçirilir.

Bundan başqa, müəllimlərin kompyuter bacarıqlarının inkişaf etdirilməsi üçün təşkil olunan təlim kursları da davam etdirilir.
 
 





18/01/12    Çap et