Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda elektrik xətləri ilə hava rabitə xətlərinin kəsişməsi aradan qaldırılır


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi abunəçilərin təhlükəsizliyi istiqamətində tədbirlər həyata keçirir. Birlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, yüksək gərginlikli elektrik xətləri ilə hava rabitə xətləri arasında təhlükəli kəsişmələrin aradan qaldırılması üçün Bakı Elektrik Şəbəkəsi ilə birgə texniki layihələndirmə əsasında icra işlərinə başlanılıb. Belə təhlükəli kəsişmə zamanı qəza halları baş verərsə, bu, abunəçilərin həyatı üçün ağır hadisələrlə nəticələnə bilər.





18/01/12    Çap et