Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qubanın bir neçə kəndində sürətli internet şəbəkəsi qurulub
Qubanın bütün kəndlərinin yüksəksürətli internet şəbəkəsi ilə əhatə edilməsi istiqamətində işlər aparılır. Quba TKQ-nın rəisi Nazim Əliyev “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, “Aztelekom” İB-nin internetin inkişafı konsepsiyasına uyğun olaraq bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində əvvəllər ADSL ximdəti olmayan Nügədi 1 kəndində 128, Nügədi 2 kəndində 64, Ərənəki kəndində 32, Alpan kəndində 32, Vladimirovka kəndində 32, Atuc kəndində 64, Alekseyevka kəndində 64, Zərdabi kəndində 64, Bəcərzeyid kəndində 32 port qurulub.
Bundan başqa, rayon mərkəzinə portların sayı 1000 nömrə artırılaraq 1400-ə, Digah kəndində əlavə olaraq 32 portluq ADSL qurularaq portların sayı 64-ə çatdırılıb.
N.Əliyev daha sonra bildirdi ki, internetin yüksək keyfiyyətlə abunəçilərə çatdırılması üçün kənd ATS-lərində SDH avadanlığı qurulub ki, bu da əvvəllər tətbiq edilən FOM sıxlaşdırıcı avadanlıqlarının imkanlarından daha üstündür.
Qeyd edək ki, Qubada telefon abunəçilərinin sayı 16980-dir.
18/01/12 Çap et