Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Analoq və yerüstü rəqəmli yayım kanallarına nəzarət gücləndirilib


Teleqüllədə yerləşən dispetçer xidməti "Teleradio" İstehsalat Birliyinin inzibati binasına köçürülüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Teleradio" İB-dən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, yeni dispetçer xidmətində yerləşdirilən 12 ədəd  24, 3 ədəd isə 46 diaqonal ölçüdə televizorların girişlərinə analoq və yerüstü rəqəmli yayım, həmçinin, peykdən qəbul edilən siqnallar daxil edilməklə, Bakı şəhəri, Abşeron yarımadası, eləcə də, respublikanın digər bölgələrində yayımlanan analoq və yerüstü rəqəmli yayım kanallarına nəzarət gücləndirilib.

Peykdən siqnalların qəbulu üçün "Dexing" şirkətinin istehsalı olan peyk qəbulediciləri quraşdırılıb. Bundan başqa, dispetçer xidmətində bir televizor vasitəsilə  bir neçə rəqəmli yayım kanalına nəzarət də təşkil edilib.
 





18/01/12    Çap et