Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İki nəhəng şirkət arasındakı patent iddiaları davam edir
Avropa bazarında "Apple" və "Samsung" şirkətləri arasında patent münaqişəsi davam edir."Apple" şirkətinin "Samsung" şirkətinə qarşı Düsseldorf (Almaniya) məhkəməsinə növbəti iddia verdiyi bildirilir: bu dəfə Cənubi Koreya istehsalçısı smartfonların dizayn elementlərinin köçürülməsində ittiham edilir.
"Apple" şirkəti "Samsung" smartfonunun 10 modelinin, həmçinin "Galaxy S Plus" və "Galaxy S II" modellərinin satışlarına qadağa qoyulmasına nail olmaq niyyətindədir.
Qeyd edək ki, "Apple" və "Samsung" şirkətləri arasındakı patent iddiaları 10 ölkədə aparılır. Cənubi Koreya korporasiyası "Apple" şirkətini məlumatların simsiz ötürülməsinə, enerji istehlakının azaldılması üsullarına aid olan patentlərin pozulmasında ittiham edir.
18/01/12 Çap et