Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk dəfə ödəmə şərtli yeni EMS xidməti


"Azərekspresspoçt"  ölkə daxilində ödəmə şərtli yeni EMS xidməti növünün  tətbiqinə başlayıb. "Azərekspresspoçt" MMC-nin rəisi Eldar Tağıyev  "İCTnews" elektron xəbər xidmətinə təklif olunan bu xidmət növünün mahiyyəti haqqında danışıb.

O bildirib ki , əgər hər hansı firma tərəfindən Bərdə rayonuna əşya göndərilirsə, həmin əşyanın pulu Bərdə Poçtamtı tərəfindən sifarişçidən alınaraq həmin məbləğdən rüsum haqqı tutulur və  moneqram şəklində firmaya göndərilir.

Poçt göndərişi vasitəsilə göndərilən malın pulu ünvan sahibindən alınaraq göndəriciyə çatdırılır. Artıq müəssisə bir firma ilə müqavilə bağlayaraq işə başlayıb.

Digər firmalarla danışıqlar aparılır.Qeyd edək ki, "Azərekspresspoçt" MMC xidmət keyfiyyətinə görə ÜPİ tərəfindən 5 dəfə qızıl medal qazanıb.
 





18/01/12    Çap et